Sabah - 14 iyul 2023-cü il, saat 17:00-da Qəbələdə dünyaca məşhur italyan brendi olan “New Holland” traktorlarının festivalı keçiriləcək.
Festivalda “New Holland” traktorlarının sahədə şum edilməsi və fermerlər arasında yarış, müxtəlif müsabiqələr və oyunlar təşkil ediləcək və qaliblərə hədiyyələr təqdim olunacaq.
Festival çərçivəsində balaca dostlarımız üçün uşaq əyləncə zonası təşkil olunacaq. Mərasim gənc nəslin sevimlisi “Dervish Band” musiqi qrupunun konsert proqramı ilə davam edib, DJ-in iştirakı ilə musiqili axşamla yekunlaşacaq.
Festival Qəbələ rayonu, Soltannuxa kəndi, Soltannuxa dairəsində baş tutacaq. Festivalda iştirak ödənişsizdir və hər kəs dəvətlidir.