Müasir dövrdə televizor ailəmizin bir üzvünə çevrilib. Belə ki, biz onunla həm nahar edir, həm film izləyərək dincəlirik. Lakin ailə üzvlərimizi olduqları kimi qəbul edib, seçməyə imkanımız olmasa da, televizor seçimində azadıq. Bəs bu seçim asandırmı? Mağaza rəfləri bir birinə bənzər, əksər funksiyaları ilə oxşar mallarla doludur.
Əmin olun ki, meydana gələn bu xaos içində digərlərindən seçilən “Samsung QLED TV” mütləq diqqətinizə səbəb olacaq. O, təkcə qüsursuz formaları ilə deyil, təsvirin canlı və olduqca realistik ötürülməsi ilə fəqrlənir. İncə korpus, demək olar ki, çərçivəsiz ekran və bütöv metaldan hazırlanmış arxa panel – şah əsərin düsturu budur. One Connection qoşulması ilə dolaşıq qoşulma kabellərinin yaşatdığı narahatlığın da aradan qaldırıldığını əlavə etsək, hər bir məkana bəzək qatan dizayn elementi əldə edirik.
“Samsung”un təqdim etdiyi yeni televizor cəlbedici zahiri görünüşü ilə yanaşı, inanılmaz təsvir keyfiyyətinə malikdir. Belə ki, QLED TV istənilən parlaqlıq səviyyəsində, ən incə rəng çalarlarını ifadə edə bilir. Televizor Verband Deutscher Elektrotechniker (VDE) test aparma və sertifikasiya assosiasiyasının ekspertizasını uğurla keçib. Bu modelin rəngi 100% dəqiqliklə əks etdirdiyi təsdiqlənib. “Rəng həcmi” göstəricisinin 100%-lik olması fərqli parlaqlıq səviyyələrində rəngləri olduğu kimi, “canlı” ötürmək deməkdir.
Ağac yarpağının rəngi işıq şəraitindən və parlaqlıq dərəcəsindən asılı olaraq sarımtıl-yaşıldan firuzə rəngə qədər dəyişə bilər. Adətən, parlaqlığın artması ilə ekranda əks olunan rənglər pozulur. Bu, gözlərimizin bir müddət yanar lampaya baxdıqdan sonra qısa zaman ərzində rəngləri seçə bilməməsi effektini xatırladır. Belə ki, bu cür təhrifləri aradan qaldırmaq üçün “Samsung” parlaqlıq diapazonunu 1500−2000 nitə qədər artırıb, ən əsası isə kvant nöqtələri üçün yeni metal materialdan istifadə edib. Sözügedən nöqtələr sayəsində rəng palitrası genişlənib, ekranın pik parlaqlığı isə artıb. Bundan əlavə, kvant nöqtələrinin yeni quruluşu QLED ekran üzərində otaq sahəsinin işıqlandırılmasından asılı olmayaraq, işıqlı və qaranlıq səhnələrdə belə daha çox detalı izləmək imkanı yaradır. Həmçinin, hansı istiqamətdən televizoru seyr etməyinizdən asılı olmayaraq – öndən və ya yan tərəfdən baxarkən rəngin bərabər paylanması sayəsində təsvir keyfiyyəti dəyişməz olaraq qalır.
QLED TV smart ailəsinin qürurlu üzvüdür. Televizor sizə kontenti sıralamağı, qoşulmuş cihazlar arasında rahat keçid almağı və internetdən yüksək səviyyədə istifadə etməyi təmin edən Smart Hub interfeysi ilə təchiz olunub. Smart TV-ni həm universal idarəetmə pultu olan One Remote, həm də smartfonunuzdan Smart View əlavəsi vasitəsilə idarə edə bilərsiniz. Pultun “universal” adlandırılması təsadüfü deyil, onun köməyilə siz nəinki QLED TV-nin bütün funksiyalarını, hətta ona qoşulmuş hər bir cihazı idarə edə bilərsiniz. Beləliklə, əlavə pultlara gərək qalmır.
Əgər siz “müasir smart televizor” sözünün mənasını kəşf etmək istəyirsinizsə, onda mütləq “Samsung QLED TV”-nin imkanları ilə yaxından tanış olmağa tələsin.
“Samsung QLED TV” televizorları haqqında əlavə məlumat almaq üçün Baku Electronics, Kontakt Home, Maxi.az, Optimal və Soliton mağazalar şəbəkəsinə müraciət edə bilərsiniz.