Dəri bədənimizin ən böyük orqanı sayılır. Onun əsas funksiyası insan bədənini ətraf mühitin zərərverici təsirindən qorumaqdır. Bu funksiyanı yaxşı yerinə yetirə bilməsi üçün mütəmadi olaraq dərini nəmləndirmək və möhkəmləndirmək lazımdır.
Əgər yuxarıda sayılanlara riayət etsəniz, dəriniz hamar və möhkəm olacaq. Dərinin uzun müddət təravətli və elastik qalması üçün müxtəlif metodlar var, onlardan biri elektroporasiyadır.
Bəzi kosmetoloqlar elektroporasiyanı “inyeksiyasız mezoterapiya” da adlandırırlar. Bu prosedurda dərinin dərin təbəqələrinə faydalı elementlər inyeksiya üsulu ilə yox, elektrik impulslarla çatdırılır. Çünki dəridə yaş keçdikcə ehtiyac duyduğu faydalı maddələr sintez olunmur və həmin maddələrin molekullarının həcmi böyük olduğuna görə dəriyə nüfuz etməsi çətinləşir.
Elektroporasiya proseduru zamanı elektrik impulsları sayəsində dərinin epidermis qatında ion kanalları açılır və dəriyə tətbiq olunan faydalı maddələr (vitaminlər; hilauron turşusu; kollagen və s.) dərinin daha dərin qatlarına nüfüz edir. Elektrik impulslarının təsiri bitdikdə ion kanalları bağlanır və dəriyə yeridilmiş maddələr öz təsirini göstərməyə başlayır. Bu prosedur sizin dərinizi cavanlaşdıracaq və mimik qırışları aradan qaldıracaq.
Elektroporasiya növbəti problemlərin həlli üçün ən effektiv metoddur:
1. Qara nöqtələr
2. Aknedən sonra dəridə qalan çapıqlar
3. Genişlənmiş məsamələr
4. Dəri sallanması
5. Dəridəki su balansının pozulması
6. Hiperpiqmentasiya
7. Müxtəlif pilinq və lazer prosedurlarından sonra dərinin bərpası
8. Səthi qırışların aradan qaldırılması
Elektroporasiya necə keçirilir və nə qədər effektivdir?
Əvvəlcə dəri təmizlənir və dəriyə ultrasəs pilinqi tətbiq olunur. Bu prosedur dərini ölü hüceyrələrdən təmizləyir və elektroporasiya zamanı faydalı maddələrin dəriyə nüfuz etməsini asanlaşdırır. Daha sonra mütəxəssis elektroporasiya aparatının başlığına dəriyə tətbiq olunacaq maddəni doldurur və dəriyə tətbiq etməyə başlayır.
Aparatın başlığına müəyyən gücdə elektrik impulsu verilir, hansı ki, ion kanalının açılmasına səbəb olur. Faydalı maddələr həmin kanallardan dəriyə nüfuz edir.
Prosedurun bir seansı 30-40 dəqiqə davam edir və seans sayı hər pasiyent üçün individual müəyyən olunur. Qalıcı nəticə əldə etmək üçün prosedur vaxtaşırı təkrarlanmalıdır.