Bakıda “Redesign Luxury” təmir-tikinti və dizayn şirkətinin ikinci filialının açılışı keçirilib.
Oxu.Az xəbər verir ki, ölkənin ən peşəkar dizaynerlərini bir araya gətirən şirkətin açılış mərasimində tanınmış memarlar, jurnalistlər və bloqerlər iştirak ediblər.
Açılış mərasimində çıxış edən “Redesign Luxury”nin təsisçisi və memarı Tural Namazov bildirib ki, şirkətdə vitrinə qoyulan qırmızı rəngli “Lamborghini” markalı avtomobili dörd il sonra şirkətin ən yaxşı dizaynerinə hədiyyə edəcək:
Tural Namazov onu da vurğulayıb ki, şirkətin daha bir filialını ölkə xaricində açmağı düşünür:
“Üçüncü filialımızı Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) açmağı hədəfləmişik. Orada isə xarici dizaynerlərlə yox, öz yetişdirdiyimiz dizaynerlərlə işləyəcəyik. Həmin filialın vitrinində işçilərimizə motivasiya üçün avtomobil yox, helikopter qoyulacaq. Tezliklə yeni təmir və dizayn işlərimizlə dünya trendlərində olmağa çalışacağıq. Hər kəs rahatlıqla öz evinin təmir, tikinti və dizaynını bizə həvalə edəcək”.
Qeyd edək ki, Tural Namazov Heydər Əliyev adına Müasir Təhsil Kompleksini bitirib. Sonra Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində təhsil alıb. Bu günə kimi respublika üzrə 11 böyük şirkətdə fəaliyyət göstərib, ən məşhur layihələrdə (“Şahdəniz 2”, ADA Universiteti və s.) metal-konstruktor olaraq çalışıb.
“Redesign Studio”nın ünvanı: Ağ şəhər, Park rayonu, 1-ci Şərq küçəsi 5
Əlaqə nömrəsi: (+994 51) 894 76 66
“Instagram”: @redesign_studio
Aysel Aslan