Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTO
“SABAH.HUB” İnnovasiya Mərkəzi çərçivəsində yer alan və startap ideyaların reallaşmasına dəstək olan “SABAH.incubation” tərəfindən iki günlük “Green Hackathon” tədbiri həyata keçirilib. 100-dən artıq şəxsin iştirakı ilə keçirilmiş tədbirdə “Dünyanı daha yaşıl və sağlam etmək” startap ideyalarını təqdim etmək məqsədi ilə yenilikçi gənclər, münsiflər qismində “SABAH.HUB” İnnovasiya Mərkəzi və partnyorların nümayəndələri çıxış ediblər.
İlk gün, iştirakçılara çıxış mərasimi, “Kick-off” sessiyası, “Green” ideya formalaşdırılması və “Green” ideya problemlərinin həlli üçün sessiyalarında aktiv iştirak etdilər.
“Hackathon” prinsipinə uyğun olaraq, iştirakçılar iki gün ərzində mentorlar və “SABAH.HUB” nümayəndələrin köməyi ilə təqdimatlara hazırlaşıblar.
Tədbirin ikinci günü formalaşmış 20-dən artıq komandalar biznes təqdimatlarını jüri qarşısında təqdim ediblər. Yarış sonunda, aşağıdakı komandalar qalib gələrək investisiya mükafatlarına layiq görülüb:
• 1-ci yer - “Ecoffin by Codage” - 5 000 AZN dəyərində;
• 2-ci yer - “Green Stone” - 3 000 AZN dəyərində;
• 3-cü yer - “EcoGuardians” - 2 000 AZN dəyərində.
Həmçinin, 11 komanda “SABAH.incubation” proqramında iştirak vəsiqəsi qazanıb.
Jüri üzvləri sırasında Orxan Abbasov (SABAH.HUB), Mübariz Şahbazlı (UNEC Startup Incubator), Tuğra Musayeva (PASHA Holding), İlham Əsgərli (SOCAR), Xeyrəddin Mehdizadə (SOCAR) kimi sektorda tanınmış şəxslər yer alıblar.
Tədbirin təşkilatçısı “SABAH.incubation” olmaqla, mentor və logistika dəstəyi “UNEC Startup Incubator” Mərkəzi, “Matrix Academy”, Bakı Dizayn Akademiyası tərəfindən təmin edilib. Media partnyoru kimi “Trilogy.news” fəaliyyət göstərib.
“SABAH.incubation” tərəfindən təşkil olunan “Green Hackathon” tədbiri, startap ekosistemini gücləndirmək və daha yaşıl bir dünya üçün yenilikçi həllər yaratmaq missiyası ilə davam etdiriləcək.
Qeyd edək ki, “SABAH.HUB” İnnovasiya Mərkəzi iki ildən artıq olan fəaliyyət dövrü çərçivəsində 100-lərlə startapın inkişafına dəstək və 3 000+ şəxsin innovasiya ekosistemi haqqında məlumatlandırılmasına nail olub. Ümumilikdə isə 1,19 mln AZN-dən çox məbləğdə şəbəkəsində olan startapların investisiya almasına dəstək olub.
“SABAH.HUB” İnnovasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaq və mütəmadi olaraq yeniliklərdən xəbərdar olmaq üçün www.sabahhub.com veb-saytına keçid edin”.
Rəylər