Saysız kampaniya, görülməmiş endirim, rahat alışveriş sadəcə tək ünvanda.
Bir neçə ay öncə fəaliyyətə başlamış “Azom.az” onlayn hipermarket ardı-arası kəsilməyən kampaniya və endirimlərlə market sektoruna çox sürətli şəkildə daxil oldu.
Onlayn hipermarket müştərilərinə rahat və sərfəli alışveriş təmin etmək üçün dayanmadan çalışıb inkişaf edir. Müqəddəs Ramazan ayının gəlişi ilə bağlı olaraq bizi kampaniyalar atəşinə tutan “Azom.az” onlayn hipermarketin rəsmilərindən əldə etdiyimiz məlumatlara görə, artıq sərfəli onlayn alışveriş zamanı davam edir.
“Azom.az” saytının İctimaiyyətlə Əlaqələr üzrə Mütəxəssisi olaraq fəaliyyət göstərən Eldar Məmmədov Oxu.Az saytının oxucuları üçün onlayn hipermarketin gələcək planları və kampaniyaları haqqında ətraflı məlumat verdi. Eldar Məmmədov bildirib ki, yeni bir layihə olan bu konseptin ölkəmizdə uğur qazanması həm “Azom.az” kollektivi, həm də market müştəriləri üçün sevindirici bir haldır.
“Azərbaycanda onlayn bir hipermarketin yaradılması və inkişafı həm çətin, həm də uzun bir prosesdir, ancaq biz dayanmadan müştərilərimizin rahat və sərfəli alışverişə çatması üçün əlimizdən gələni edirik. Ramazan ayı ilə əlaqədar olaraq ilk kampaniya kimi pulsuz çatdırılma üçün lazım olan minimal məbləği müştərilərin ilk sifarişləri üçün 10 manat etmişik və bu kampaniyanı bütün Ramazan boyunca davam etdirməyi planlayırıq”.
“Azom.az” onlayn hipermarket nümayəndələri önümüzdəki günlərdə gələn kampaniya və endirimlər haqqında məlumatları da bizimlə bölüşdülər. “Azom.az” Ramazan ayı boyunca 10 manat üzəri ilk sifarişlər zamanı pulsuz çatdırılma ilə yanaşı, xurma və suya olan endirimlə də diqqət çəkir.

Hipermarket bilavasitə yeni müştərilərə ünvanlanan xüsusi endirim kampaniyasını açıq elan edir. Belə ki, 23 may tarixindən başlayaraq 1 ay müddətinə “Azom.az” saytından yeni qeydiyyatdan keçmiş müştərilər 2 gün ərzində 40 manat və üzəri alışveriş etdiyi təqdirdə, 2 faizlik endirim əldə edəcəklər. Bu kampaniya 22 iyun tarixinə kimi davam edəcək.

“Azom.az” onlayn hipermarket ən çox istifadə olunan gündəlik məhsullara etdiyi şok endirimlərlə də seçilir. Hal-hazırda onlayn hipermarket görülməmiş iki endirim kampaniyasına başlayıb. Gündəlik olaraq ən çox istifadə etdiyimiz məhsulların bəlkədə başında duran yumurta artıq “Azom.az”-da sadəcə 7 qəpiyə müştərilərə təqdim olunur. Hacıqabul Quşçuluq fermasının məhsulu olan kənd yumurtalarını ən sərfəli qiymətlə yalnız “Azom.az” saytında tapmaq mümkündür. Bu fürsəti qaçırmayın.

Onlayn hipermarket yay üçün mürəbbə hazırlığına başlayan müştəriləri də unutmadı. Mürəbbə sadəcə dadlı yox, həm də sərfəli olmalıdır. Bu səbəbdən, yay aylarında mürəbbə mövsümünün ən əvəzolunmaz məhsulu olan Rusiya istehsalı şəkər tozunun 1 kiloqramı “Azom.az”-da sadəcə və sadəcə 0.70 AZN. Bu fürsəti əldən buraxmaq olmaz.

Yay dedikdə hər birimiz ilk olaraq istirahətimizi düşünürük. “Azom.az” da məhz bizim istirahətimizi düşünərək yay ayları üçün xüsusi kampaniya təqdim etdi. Belə ki, 7 iyun tarixindən başlayaraq bütün yay boyunca Bakı ətrafı kənd və qəsəbələrdən olan sifarişlər zamanı xüsusi çatdırılma şərtləri aktual olacaqdır. Adı çəkilən bölgələrdən edilən hər 3-cü 70 manat və üzəri sifariş zamanı çatdırılma pulsuz həyata keçiriləcək. Kampaniyadan kənar çatdırılma və ödəniş şərtləriylə tanış olmaq üçün “Azom.az” saytına daxil olmanız yetərlidir.

Son olaraq isə hipermarket öz müştərilərinə kiçik bir sürpriz olaraq 30 manat və üzəri sifarişlər zamanı rəngbərəng funksional səbətlər hədiyyə edir.

Sual oluna bilər ki, bütün bu adı çəkilən kampaniyalardan faydalanmaq və ümumi olaraq rahat, sürətli alışveriş etmək üçün nə etmək lazımdır. Bu sualın cavabı çox asandır. Sadəcə “Azom.az” saytına daxil olub, qeydiyyatdan keçib istədiyiniz məhsulları seçmək və sifarişi rəsmiləşdirmək yetərlidir. “Azom.az” onlayn hipermarketin rəsmiləri bildirir ki, bu kampaniyalar sadəcə olaraq başlanğıcdır və önümüzdəki aylarda kampaniyalar dayanmadan artacaq. Bütün bu kampaniyaların və ümumilikdə layihənin məqsədi standart market müştərilərini ağır torbaları daşımaqdan, kassada növbə gözləyərək vaxt itirməkdən və tıxaclarda dayanmaqdan xilas etməkdir.
Bütün bu kampaniyalar barədə, ümumiyyətlə, marketin fəaliyyəti ilə əlaqədar və ya sizdə sual yarada bilən bütün məqamlarla bağlı olaraq “Azom.az” saytına daxil ola və ya marketin peşəkar kontakt mərkəzinin əməkdaşları ilə aşağıda qeyd olunan telefon nömrələri vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Həmçinin, “Azom.az”-la bağlı ən son yeniliklərdən xəbərdar olmaq istəyirsinizsə, “Facebook” və “Instagram” səhifələrini izləyə bilərsiniz.
Telefon: (012) 377 07 07
Mob/Whatsapp: (077) 441 07 07
Mail: sifariset@azom.az