BOSS brendinin pərəstişkarlarına şad xəbər: Yeni, daha geniş, daha çeşidli və şəhərin tam mərkəzində BOSS mağazası artıq qapılarını onların üzünə açdı! Yeni mağaza kişi geyimləri ilə yanaşı, sizə dəbli qadın kolleksiyasını təqdim edir və beləliklə, Bakının dəbsevərlərini və “fashionista”larını sevindirir.

BOSS son vaxtların haqqında ən çox danışılan və popular brendlərindən biridir. Hər zaman yüksək dərzilik və biznes üslubu ilə tanınan brend, öz tarixində yeni “casual” səhifəsini açıb və yeni konsept ilə qarşınıza çıxır.

BOSS-un yeni açılmış mağazasında təqdim etdiyi son Payız/Qış 2023-2024 kolleksiyası brendin bir neçə mövsüm əvvəl qəbul etdiyi “Millennial” nəslinin dəyərlərinə və üslubuna uyğundur. Minimalistik və rahat dizayn, “oversize” siluetlər, loqomaniya üslubunda monoqramlar və BOSS kolleksiyalarını tarix boyu birləşdirən qüsursuz dərzilik və icra.

“BOSS-lar doğulmur - BOSS-lar yaradılır!” - bu, BOSS-un yeni şüarı olmaqla yanaşı, brendin azarkeşlərinə və müştərilərinə etibarın, gücün və şəxsi zövqün vacibliyindən bəhs edir. Siz də, BOSS kolleksiyalarını geyinərkən özünüzü BOSS kimi hiss edin!

Yeni BOSS mağazası müştərilərini Rəsul Rza küçəsi 3 ünvanında qarşılamağa məmnundur.
Əlaqə nömrəsi: +994502786060

