Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Sevinc Mall" ticarət mərkəzinin açılışı baş tutub
Metronun "Qara Qarayev" stansiyasından beşdəqiqəlik piyada məsafədə, Tofiq Abbasov, 5 ünvanında yerləşən "Sevinc Mall" fəaliyyətə başlayıb.
Burada müxtəlif geyim mağazaları, kafe və restoranlar, uşaq əyləncə mərkəzi, batut meydançası, kinoteatr müştərilərin xidmətinə verilib.
"Calista", "Olivia Beauty&Care", "Joma", "Miniso", "Second Cup"," "McDonald"s", "CTR Chicken", "Two Bros. Pizza", "Happy Land" uşaq əyləncə mərkəzi və batut meydançası, "Park Cinema" kimi brendlərin yer aldığı mall-da müxtəlif yaş qruplarının maraqları nəzərə alınıb.
İlk dəfədir ki, şəhərin mərkəzindən kənarda, müasir ticarət mərkəzi konsepsiyasında, tələb olunan brend miks, buraya üz tutan müştərilər və çalışanların rahatlığı nəzərə alınmaqla inkişaf etdirilən "Sevinc Mall"un açılışı bu hissədə infrastrukturun inkişafına da yol açır. Artıq metronun "Həzi Aslanov" stansiyasından başlamış "Qara Qarayev" stansiyasına qədər olan ərazilərin sakinlərinə şəhərin mərkəzinə üz tutmadan, yola əlavə vaxt sərf etmədən, tıxaclara düşmədən, öz asudə vaxtlarını keçirmək, ehtiyac və maraqlarını qarşılamaq üçün fürsətlər yaranır.
"Sevinc Mall" vaxtilə Bakı sakinlərinin çox yaxşı bələd olduğu "Sevinc" kinoteatrının yerləşdiyi ərazidə inşa edilib. Köhnə kinoteatrın fəaliyyətinin uzun müddət öncə dayandırılmasına baxmayaraq ərazi hələ də "Sevinc" kinoteatrı kimi tanınmağa davam edir və sakinlər tərəfindən park kimi xoş vaxt keçirmək üçün istifadə edilir. Burada məktəblidən tutmuş, körpəli valideyn, təqaüdçüyə qədər hər bir yaşın nümayəndəsinə rast gəlmək mümkün idi. Onlar burada dincəlir, gəzir, bir sözlə xoş vaxt keçirirdilər.
"Sevinc Mall"un məhz burada inşa edilməsinə qərar verilməsi sakinlərin əraziyə olan sevgisi, onların burada keçirdiyi xoş vaxtı və ünsiyyəti oldu. Onların vaxtını və ünsiyyətini daha maraqlı etmək üçün nələr edilə biləcəyi düşünüldüyündə bunun sakinlərə istirahət üçün geniş təkliflər verəcək rahat və xudmani "Mall" ola biləcəyi fikri yarandı. Kinoteatrın önündəki ərazinin gəzinti üçün istifadə edildiyi və çox sevildiyi nəzərə alınaraq həmin ərazi yenə də gəzinti və "Sevinc Mall"un gələcəkdə təklif edəcəyi fəaliyyətlər üçün olduğu kimi saxlanılıb.
"Sevinc Mall"da baş verən yeniliklər, açılan mağazalar haqqında www.sevincmall.az veb-səhifəsində tanış olmaq olar.
"Tofiq Abbasov" teqi üzrə xəbərlər
- "Neftçi"nin sabiq futbolçusu vəfat etdi
- Politoloq: "Dünən Azərbaycanı ittiham edənlər bu gün səhv etdiklərini deyirlər"
- Azərbaycan Prezidenti xalqın əzmi ilə taleyüklü məsələlərin öhdəsindən layiqincə gəlib
- Yeni tərkibin Milli Məclisdən gözləntiləri nədir?
- "Müharibədə neçə ölkənin iştirakı fərq etmir" - İsmayıl Haniyənin ölümündə yeni detallar
Rəylər