Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"SİMA KYC Videoyazı" həlli istifadəyə verildi
"AzInTelecom" MMC rəqəmsal identifikasiya sahəsində növbəti innovativ həllini istifadəyə verib. "SİMA KYC Videoyazı" adlanan və SİMA Rəqəmsal Həllər Platformasına daxil olan məhsul məsafədən video formatda şəxsiyyətin təsdiqi imkanlarını təqdim edir.
"SİMA KYC Videoyazı" həlli dövlət və özəl qurumların istifadəçilərlə daha sürətli və təhlükəsiz əlaqə qurmasına imkan verir. Bu məhsul, eyni zamanda Azərbaycan Respublikası Mərkəzi Bankının "Məsafədən bank hesabının açılması" tələblərinə tam uyğundur. "SİMA KYC Videoyazı" həllini öz xidmətlərinə inteqrasiya edən qurumlar ikifaktorlu autentifikasiya ilə yüksək təhlükəsizlik təmin edəcək, istifadəçi fəaliyyətini və identifikasiya prosesini izləyə biləcək. Vətəndaşlar isə heç yerə getmədən, vaxt itirmədən məsafədən xidmət almaq və əməliyyatları icra etmək imkanı qazanacaqlar.
"SİMA KYC Videoyazı" ilə şəxsiyyətin təsdiqlənməsi mobil cihaz və kompüter vasitəsilə həyata keçirilir. Proses zamanı istifadəçi əvvəlcə şəxsiyyət vəsiqəsinin FİN kodu və seriya nömrəsini müvafiq xanaya daxil edir. Daha sonra kamera qarşısında özünü təqdim edib ekranda əks olunan təsdiq mətnini səsləndirir. Videoyazı əsasında biometrik eyniləşdirmə həyata keçirilir. Məhsulu inteqrasiya etmiş qurumun tələbindən asılı olaraq, vətəndaşın şəxsiyyəti avtomatik sistem tərəfindən təsdiq olunur.
"SİMA KYC Videoyazı" həllinin əsas üstünlüyü süni intellekt vasitəsilə real vaxt rejimində biometrik eyniləşdirmə apara bilməsidir. Bu həll istifadəçi təcrübəsini sadələşdirərək vətəndaşlara vaxt və resurslara qənaət imkanı yaradır. "SİMA KYC Videoyazı" məhsulu ilə bağlı ətraflı məlumatı sima.az saytından və "157" Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.
"AzInTelecom" teqi üzrə xəbərlər
- "AzInTelecom" "Gcore" şirkəti ilə birgə "AzInCloud" platformasını təqdim edib
- "SİMA İmza" ilə "digital.login"ə girişlərin həcmi 118 dəfə artıb
- "AzInTelecom" Kosmik Texnologiyalar Konfransında iştirak edir
- "SİMA İmza" "Dostbank" mobil tətbiqinə inteqrasiya edilib
- Trans-Xəzər Fiber-optik Kabel Xəttinin tikintisinə dair mühüm sənəd imzalanıb