Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre sahibkarlarla görüşüb
TÜRKPA-nın 13-cü Plenar İclasında iştirak etmək üçün Azərbaycanda rəsmi səfər edən Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre ilə iyun ayının 7-də görüş keçirilib.
Bu səfər çərçivəsində İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı ilə "Mangal Steak House"da işgüzar axşam yeməyində Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre 40-dan çox İCMA və "Marsol Group" üzvü olan sahibkarla görüşüb.
İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev açılış nitqində çıxış edərkən Azərbaycan - Şimali Kipr Türk Cümhuriyyəti münasibətlərinin günü-gündən irəliləməsini xüsusilə qeyd edib.
Zorlu Töre çıxışı zamanı Türk dünyasının tarixi və milli kökləri əsasında qurulan dostluq və qardaşlıq münasibətlərinin daha da gücləndirilməsinin önəmini vurğulayıb. O, qardaş ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli formatda davam edəcəyini, eləcə də Şimali Kiprin müstəqilliyində iqtisadi inkişaf və əməkdaşlıq imkanlarına yönəlmiş fəaliyyətlərinin davam etdiyini bildirib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentlərarası işçi qrupunun sədri Cavanşir Feyziyev də görüşdə iştirak edib. O, Şimali Kipr Türk Respublikası ilə parlament ölçüsündə rəsmi münasibətlərin yaranması və inkişafına xüsusi diqqət çəkib.
Görüşdə məqsədəuyğun şəkildə ticarət, investisiya, turizm, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində tərəflər arasında qarşılıqlı anlaşma və potensial olduğu ön plana çəkilib.
Sahibkarlarla cənab Zorlu Töre arasında qarşılıqlı dialoq şəklində görüş davam edib. Onların sualları cavablandırılıb.
Görüşün sonunda İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev və "Marsol Group"un Şimali Kipr nümayəndəsi İlhami Bilgen tərəfindən Məclisin sədri Zorlu Töreyə xatirə hədiyyəsi təqdim edilib və iştirakçılarla birgə xatirə fotosu çəkilib.
"Milli Məclis" teqi üzrə xəbərlər
- ƏHALİNİN NƏZƏRİNƏ: İpoteka kreditlərinin ilkin ödənişi azaldılır?
- Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar
- Ermənistan ordusu mövqelərimizi niyə davamlı atəşə tutur? - SƏBƏBLƏR AÇIQLANDI
- Vüqar Bayramov: "Mediasiya prosesinə daha çox sahələrin cəlbinə zəmin yaranıb"
- Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı bayram münasibətilə təbrik edib