“Ştutqart” ehtiyat hissələri mağazaları adını dəyişib.
Şirkət ötən gün yeni adın təqdimatı ilə bağlı tədbir təşkil edib.
Ehtiyat hissələri bazarında uzun müddət “Ştutqart” adı ilə tanınan şirkətimiz alman şəhərinə məxsus adı daşıdığı üçün bir növ yalnız alman avtomobil hissələrini satan şirkət kimi anlaşılırdı. Bu anlaşılmalara sosial mediada da tez-tez rast gəlinirdi.
Bizim şirkət nəinki alman, eləcə də Yaponiya, Koreya və hətta bu ildən ABŞ avtomobillərinin ehtiyat hissələrinin satışını həyata keçirdiyi üçün “Ştutqart” adını dəyişib ümumi olaraq avtomobilə xas olan, avtomobilin əsas hərəkət komponenti sayılan “Şassi” adı ilə əvəzləməyi uyğun hesab etdik.
“Şassi” adının təqdimatı üçün təşkil olunmuş tədbirdə yerli şirkətlərlə yanaşı, şirkətimizin distribütor olduğu qardaş Türkiyədən gələn şirkət nümayəndələri də iştirak edib.
Ümidvarıq yeni adımız həm sürücülərimiz üçün, həm də bizim üçün düşərli olar.
Əlaqə: *0440
Facebook: shassi.az
İnstagram: shassi.az
www.shassi.az