Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tahir Gözel Kenya Prezidenti Uilyam Ruto ilə görüşüb
Azərbaycanlı aparıcı iş adamı Tahir Gözel 4 iyun tarixində Kenyanın Nairobi şəhərinə səfər edib. Səfər çərçivəsində o, Kenya Prezidenti Uilyam Ruto, Afrika Kontinental Azad Ticarət Zonası (AfCFTA) Təşkilatının baş katibi Vamkele Mene ilə görüşüb.
Prezident Uilyam Ruto ilə keçirilən işgüzar görüş zamanı tərəflər Azərbaycan ilə Kenya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Tahir Gözel iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi perspektivlərini qeyd edərək, Azərbaycanın Kenyaya verə biləcəyi töhfələr barədə danışıb.
"ASAN xidmət", Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") və Gözelin təsis etdiyi "Proxima Tech Solutions" şirkətinin yeni xidmətlərini Kenyaya təqdim etməyə və bu istiqamətdə genişləndirilmiş tərəfdaşlığa hazır olduğunu bildirib. Gözel həmçinin Kenyada fəaliyyət göstərən kiçik sahibkarlıq subyektlərinin məhsullarının ixrac potensialının artırılması üçün investisiya layihələrinə, onlara dəstək göstərməyə maraqlı olduğunu vurğulayıb.
Prezident Ruto Gözelə təşəkkür edərək Azərbaycan ilə tərəfdaşlıq münasibətlərinə böyük önəm verdiyini vurğulayıb, ölkəsinin bu istiqamətdə yeni əməkdaşlıqlara açıq olduğunu ifadə edib.
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda taksi şirkəti və direktoru cərimələnib
- Azərbaycan startap ekosistemi üzrə Mərkəzi Asiyada ən çox irəliləmiş ölkə elan edilib
- Azərbaycanda mobil operatorların tarifləri kəskin artırmasına RƏSMİ REAKSİYA
- Şəhid ailələri üçün silsilə tədbirlər təşkil olunub
- Metroda elektron cüzdanla ödəniş mümkün olacaq