Tanınmış iş adamının ailəsinə ağır itki üz verib.
Oxu.Az xəbər verir ki, iş adamı AF Holdinq Şirkətlər Qrupunun prezidenti, “Uğur-97” şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvü, “AF Hotel & Aqua Park ” sahibi Azay Möhnətovun qardaşı oğlu Laçın Möhnətov rəhmətə gedib.
Laçın Möhnətov 42 yaşında ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, bu gün Heydər məscidində Laçın Möhnətovun üç mərasimi keçirilir.
