Bakıda avtomobil sahibləri artıq "Bridgestone" şinlərini yeni məkanda seçə biləcəklər. Belə ki, "Tegeta Motors Baku" Azərbaycanın paytaxtında "Bridgestone Concept" mağazasının açılışını həyata keçirib. "Baku Auto Mall" ticarət mərkəzində yerləşən yeni məkanın açılış mərasimində "Bridgestone" nümayəndələri də daxil olmaqla, 60-a yaxın qonaq iştirak edib.
Yeni obyekt tamamilə "Bridgestone" brend üslubunda dizayn edilib. Məkan müasir və rahat atmosferi ilə seçilir. Burada müştərilərə onların avtomobillərinə və ehtiyaclarına uyğun ən yaxşı şin modelini seçməkdə kömək edən ixtisaslı məsləhətçi xidmət göstərir. "Tegeta Motors Baku" Azərbaycanda "Bridgestone" brendinin yeganə rəsmi distribütorudur.
"Tegeta Motors Baku" şirkətinin direktoru Emil Məmmədov:
"Yeni "Bridgestone Concept" mağazası Bakıda müştərilərimizə tamamilə yeni təcrübə təqdim edir. Burada müştərilər müasir və rahat məkanda peşəkar məsləhət xidməti alır və "Bridgestone" məhsullarının tam çeşidindən yararlana bilirlər. Mağaza "Tegeta Motors"un bütün şəbəkəsində qoruduğu beynəlxalq standartlara uyğun şəkildə qurulub".
O əlavə edib:
"Artıq iki ildir ki, Azərbaycanda "Bridgestone"un rəsmi distribütoruyuq və bu müddət ərzində müştərilərə yüksəkkeyfiyyətli məhsullara birbaşa çıxış və düzgün zəmanət xidməti təqdim etmişik. Əvvəllər yerli bazarda bu, hər zaman təmin olunmurdu. Bu yanaşma müştərilərə məhsulun orijinallığına əmin olmaq, uyğun şini seçmək üçün peşəkar dəstək almaq və etibarlı təchizat zəncirindən faydalanmaq imkanı yaradır. Bakı bazarı üçün bu cür məkanın mövcudluğu sağlam rəqabət yaradır və ölkədə şin pərakəndə satışının standartlarının yüksəldilməsinə töhfə verir".
Mağazada "Bridgestone" məhsullarının geniş çeşidi təqdim olunur. Buraya yüksəkkeyfiyyəti və performansı ilə seçilən ENLITENTM texnologiyası ilə təchiz edilmiş ən yeni modellər də daxildir.
"Bridgestone" şirkətinin MDB, Levant və PAF regionları üzrə filial meneceri Mohammed Abutahoon:
"Azərbaycan uzunmüddətli inkişaf üçün böyük potensiala malik mühüm bazardır. Biz yüksəkkeyfiyyətli məhsulu peşəkar xidmətlə birləşdirən premium brendlərə artan tələbat görürük. "Tegeta Motors Baku" ilə birlikdə "Bridgestone Concept" mağazasının açılması müştərilərə dünya səviyyəli məhsulları, təcrübəni və peşəkar xidməti vahid məkanda təqdim etmək məqsədimizi əks etdirir. Bu tərəfdaşlıq vasitəsilə biz "Bridgestone"un qlobal təcrübəsini və innovasiyalarını "Tegeta"nın yerli bazar haqqında dərin bilikləri ilə birləşdirərək Azərbaycanda premium şin pərakəndə satışında yeni standart formalaşdırırıq. Ən əsası isə, biz müştərilərin "Bridgestone" brendi ilə əlaqələndirdiyi keyfiyyət və etibarlılığı əldə edə biləcəyi, eyni zamanda bazardakı mövqeyimizi gücləndirərək xidmət göstərdiyimiz müştərilərə daha da yaxınlaşdığımız bir məkan yaradırıq".
Mağazanın açılışı münasibətilə seçilmiş şinlərə 30%-dək endirimlər təklif olunur. Bundan əlavə, şin alan müştərilər pulsuz quraşdırma və balanslaşdırma xidmətlərindən yararlana bilərlər. Bu təklif bir ay müddətində qüvvədə olacaq.
"Tegeta Motors" Azərbaycanda "Bridgestone"un rəsmi nümayəndəsidir və bazarı minik avtomobilləri, yük maşınları və xüsusi təyinatlı nəqliyyat vasitələri üçün yapon brendinin şinləri ilə təmin edir.

