Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"TuranBank" "Yaşıl ASAN" proqramı çərçivəsində ekoloji layihəni uğurla başa vurub
Ölkənin aparıcı banklarından biri olan "TuranBank" ASC "ASAN Könüllüləri"nin "Yaşıl ASAN" ekoloji proqramı çərçivəsində kağız tullantılarının toplanması və onların təkrar emalına yönəlmiş ekoloji layihəni uğurla həyata keçirib.
Belə ki, ekoloji layihə çərçivəsində "TuranBank"a məxsus satış nöqtələrində və Baş ofisində ətraf mühitin mühafizəsi, kağız israfının qarşısının alınması və təkrar emal prosesinin təşviqi məqsədilə kağız tullantılarının toplanması üçün xüsusi təkrar emal qutuları yerləşdirilib. Layihənin əsas məqsədi ağacların qorunmasına, ekoloji tarazlığın saxlanılmasına və əhalidə ekoloji məsuliyyət hissinin artırılmasına töhfə verməkdir.
Məlumat üçün bildirək ki, "Yaşıl ASAN" ekoloji proqramı çərçivəsində indiyədək 2 200 tondan çox kağız tullantısı toplanaraq təkrar emala göndərilib. Bu təşəbbüs sayəsində 37 400-dən artıq ağacın kəsilməsinin qarşısı alınıb. Bu göstəricilər həm təbiətin qorunması, həm də ekoloji dayanıqlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, "TuranBank" ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirəcək və planetimizin mühafizəsi üçün mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak edəcək.
"Turanbank" teqi üzrə xəbərlər
- "TuranBank" 33 yaşını qeyd edir
- "TuranBank" DOST Agentliyi ilə birgə həssas qrupdan olan uşaqları sevindirib
- "TuranBank" gender bərabərliyini təşviq edən strateji layihəni uğurla tamamlayıb
- "TuranBank" nüfuzlu maliyyə qurumundan kredit cəlb edib
- "TuranBank" uşaq sığınacağındakı gənc qızlara dəstək olub