Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İndoneziyada güclü zəlzələ baş verib, dağıntılar var
İndoneziyanın Benkulu əyalətinin sahillərində 6.3 bal gücündə güclü zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Vibes" nəşri məlumat yayıb.
Təbii fəlakət bölgənin inzibati mərkəzi Kota Benkulu şəhərində evlərə zərər vurub, dağıntılar qeydə alınıb.
İndoneziyanın Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin sözçüsü Əbdül Muhari zəlzələ ocağının 10 kilometr dərinlikdə yerləşdiyini bildirib.
"Zəlzələ sakinlər arasında çaxnaşma yaradıb, onların çoxu evlərini tərk edib. Biz vətəndaşları yenidən yeraltı təkanların baş verəcəyi təqdirdə sakit olmağa və rəsmi məlumatlara əməl etməyə çağırırıq", - deyə agentliyin sözçüsü əlavə edib.
"İndoneziya" teqi üzrə xəbərlər
- Ərdoğandan açıqlama: "İndoneziya ilə KAAN təyyarələri üzrə razılaşma əldə olundu"
- İndoneziyada nikahdankənar münasibətə görə qadın və kişiyə 100 şallaq vuruldu
- İndoneziyada faciə: Timsah hamilə qadını öz evinin mətbəxindən sürüyüb apardı
- İndoneziya stereotipləri qırır: İşləmək üçün yaş məhdudiyyətləri götürüldü
- İndoneziyada timsah 13 yaşlı uşağı dostlarının gözü qarşısında yeyib