İyunun 25-dən etibarən “Umico Market” və “Maxi.az” internet mağazası əməkdaşlıq müqaviləsi imzalayıb. İndi “Umico.az” saytında və “Umico” mobil tətbiqində 15 000-dən çox “Maxi.az” məhsul çeşidlərini sifariş edərək həm kreditlə, həm də hissəli alışı həyata keçirərək ən qısa zamanda çatdırılma vasitəsi ilə əldə edə bilərsiniz.
Bu tarixi hadisə Azərbaycanda onlayn ticarətin inkişafında vacib addımdır. “Maxi.az” internet mağazasının daxil olduğu “İnteqral” QSC-nin baş direktoru Əliağa Zakir oğlu Babayev, eləcə də “Competo” şirkətinin baş direktoru Ihar Bychak bir sıra sualları cavablandıraraq, bu əməkdaşlığın planları, inkişafı və gələcəyi barədə fikirlərini bildiriblər.
Əməkdaşlıqları barədə məlumat verən Əliağa Babayev bildirib ki, “Umico Market” həm alıcılar, həm də tərəfdaşlar üçün əlverişli imkanlar təqdim edir:
“Sirr deyil ki, son illər elektron ticarət sürətlə inkişaf edir. Buna misal olaraq, “Trendyol”, “Ebay”, “Aliexpress”, “Amazon” kimi internet platformalarını qeyd etmək olar. Bəzi ölkələrdə elektron ticarətin payı ümumi pərakəndə dövriyyəsinin 50-60%-ni təşkil edir. Ölkəmizdə də, elektron ticarətin geniş vüsət alması nəzərə çarpır. Elektron ticarət dedikdə ağıla ilk gələn “Umico Market” platformasıdır. “Umico Market” həm alıcılar, həm də tərəfdaşlar üçün kifayət qədər əlverişli imkanlar təqdim edir.
Maxi.az, 25 ildən artıqdır ki, bazarda fəaliyyət göstərən İnteqral şirkətinə məxsus pərakəndə satış kanalıdır və hazırda elektronika və məişət texnikası satışı şəbəkələri arasında lider mövqeyini tutur. Biz daim inkişafda olan müxtəlif ölkələrin biznes təcrübəsini mütəmadi izləyir və öyrənirik. Ona görə də deyə bilərik ki, əməkdaşlığımız yalnız zaman məsələsi idi. Bu addım Maxi.az-ın e-ticarət sahəsində gələcəyi və inkişafı üçün çox əlverişli fürsət yaradır və eləcədə Umico Market alıcıları üçün də , daha geniş və müxtəlif çeşidlərdən faydalanmaq imkanı verir”.
- İndi “Umico Market” istifadəçiləri “Maxi.az”ın hansı məhsullarını ala bilərlər?
“İnteqral” QSC-nin baş direktoru bildirib ki, “Umico Market” istifadəçiləri üçün məhsullarımızın bütün çeşidləri əlçatandır. “Maxi.az” “Samsung”, “Apple”, “Xiaomi”, JBL, “Playstation”, “Zimmer”, “Philips”, “Lenovo”, “Indesit”, “Delonghi”, “Kenwood”, “Braun”, “Sencor”, “Yankee”, “Ttec”, “Infinix” və digər tanınmış dünya brendlərinin rəsmi distribütoru olaraq 15 000-dən çox məhsullarının geniş çeşidlərini müştərilərimizə təqdim edir. İndi “Umico Market”in müştəriləri demək olar ki, istənilən kateqoriyalardan - smartfonlar, notbuklar, məişət texnikası, avtomobil məhsulları, elektronika məhsulları və s. əldə edə bilərlər. Təklif edilən qiymətlər bazarda ən münasib qiymətlərdir.
- “Marketplace” nə deməkdir, bununla bağlı daha ətraflı məlumat verə bilərsinizmi?
“Competo” şirkətinin baş direktoru Ihar Bychak bildirib ki, “marketplace” mahiyyətcə onlayn mağazadır: “Müxtəlif satıcıların mallarının təqdim olunduğu onlayn platformadır. Bu, alıcıya müxtəlif satıcıların qiymətlərini müqayisə edərək ən yaxşı məhsulu tapmaqla yanaşı, ən geniş çeşiddə demək olar ki, istənilən məhsulu əldə etmək imkanı yaradır.
Əminik ki, “Umico Market” alıcıları “Maxi.az”ın çeşidini və qiymət siyasətini yüksək dəyərləndirəcəklər. Bu əməkdaşlıq hər iki şirkətin biznes inkişafında önəmli addımdır”.
- “Umico Market”dən “Maxi.az” məhsullarını alan müştərilər hansı üstünlükləri əldə edəcəklər?
Ihar Bychak: “Bir çox üstünlükləri var, ən əsası da alıcılara sürətli çatdırılma və hissəli ödəniş imkanları yaradır. Artıq “Umico Market”də siz demək olar ki, Azərbaycanın hər bir bölgəsindən məhsul sifariş verə bilərsiniz. Sifarişlərin hətta ölkənin ən ucqar bölgələrinə belə çatdırılması mümkündür və sadəcə üç gün müddətinə çatdırılma həyata keçirilir. Eləcə də xarici ölkələrdən məhsulların sifariş edilməsindən qat-qat sürətlidir.
Eyni zamanda, “Umico Market”də sürətli çatdırılma imkanı var. İki saat ərzində “Maxi.az” məhsulları sizin əlinizdə ola bilər. Bakıdan əlavə Abşeron yarımadasının bütün şimal-şərq sahili boyunca Şüvəlandan Nardarana qədər olan əraziyə də təcili çatdırılma mümkündür.
Eləcə də “Umico Market” müştərilərinə “Kapital Bank”ın daimi təkliflərindən yararlanma şəraiti yaradır və beləliklə 24 ayadək taksit imkanı , 5% keşbek və kreditlə alış etmək imkanı təklif edir. Həmçinin mütəmadi olaraq təklif edilən endirimlər, aksiyalar və artan keşbek ilə alış etmək imkanı “Umico Market”dən alış-verişi müştərilər üçün çox rahat və zövqlü edir!”
- Maxi.az da onlayn satış həyata keçirir. Bəs niyə siz öz məhsullarınızı “Umico Market”də satmaq istəyirsiniz?
Babayev Əliağa: “Bu əməkdaşlıq nəticəsində təqdim etdiyimiz məhsullar daha çox müştəri kütləsinə əlçatan olacaq. Heç kimə sirr deyil ki, “Marketplace” müştərilərə oflayn mağazalardan daha çox məhsul çeşidi təklif edə bilər. Bu isə bizə müştərilərin çoxsaylı istəklərini yerinə yetirmək üçün daha əlverişli şərait yaradır.
Digər məqsədimiz isə hər iki şirkətin birgə səyi nəticəsində müştərilərin istək və təkliflərini araşdırıb düzgün qiymətləndirərək, müştəri məmnuniyyətini artırmaqdır. Məqsədimiz - Azərbaycan bazarında elektron ticarət fəaliyyətini inkişaf etdirmək və müştəri məmnuniyyətini artırmaqdır.
Alış-veriş etmək üçün “Android” və ya iOS platformalarından “Umico” tətbiqini yükləyin və ya “Umico.az” saytına daxil olun, axtarış xanasına “Maxi.az” daxil edin, yaxud da satıcılar filtrindən istifadə edərək seçim edin və istədiyiniz məhsulu sifariş edin. Çatdırılma sizə uyğun istənilən vaxta həyata keçiriləcəkdir.
Elə indi alış-verişə başlayın!