“Unibank” Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək və zəlzələnin fəsadlarının aradan qaldırılmasına kömək məqsədilə 100 min manat ianə edib. Vəsait AFAD-ın hesabına köçürülüb. Bundan başqa bank kollektivi də zəlzələdən zərər çəkənlərə ərzaq yardımı göndərilməsi prosesində iştirak edib.
Hər bir vətəndaşımız “UBank” mobil tətbiqi üzərindən qardaş ölkəyə maddi dəstək göstərə bilər. Bank zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə maddi dəstək göstərmək istəyən vətəndaşlarımızın diqqətinə bir daha çatdırır ki, mövcud hesablara ianə məqsədli köçürmələrdən ƏDV tutulmur. Bundan başqa Türkiyəyə dəstək məqsədli pul köçürmələrində xidmətə görə bank komissiyası məbləği və həmçinin köçürmələr zamanı konvertasiya haqqı da bank tərəfindən qarşılanır. İstər hüquqi, istərsə də fiziki şəxslər ianə köçürmələrini ƏDV tutulması olmadan, xidmət haqqı və konvertasiya komissiyaları ödəmədən, çox rahatlıqla həyata keçirə bilərlər.
“UBank” vasitəsilə isə “Türkiyəyə ianə et” bölümündən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin hesabına vəsait köçürməklə də, yardım kampaniyasına qoşulmaq mümkündür.