Təşəbbüsün ikinci dalğası daxilində “Visa” şirkəti qadınların inkişafı və motivasiyası üçün platform “Wowoman” ilə birgə yeni biznes qurmaq arzusunda olan və təcrübəli qadın sahibkarlar üçün müsabiqə elan edir. Müsabiqə iştirakçıları bizneslərinin effektiv təqdimatı üzrə pulsuz təlimlər keçəcək, öz biznes ideyalarını münsiflərə təqdim edəcək və onun həyata keçirilməsi üçün pul mükafatları qazanmaq imkanı əldə edəcəklər.
Layihə öz biznesinə başlamaq və ya artıq mövcud biznesi inkişaf etdirmək istəyən qadınları dəstəkləyir: iştirakçılar biznes biliklərini artırmaq, bacarıqlarını genişləndirmək və 15 000 manatadək pul mükafatı uğrunda mübarizə aparmaq imkanı qazanacaqlar. Təşəbbüsün tərəfdaşı “WoWoman” qadınların inkişafı və motivasiyası platformasıdır.
Müsabiqədə iştirak üçün ərizə 2 sentyabrdan etibarən verilə bilər. Bu il təşəbbüs müsabiqə şəklində, iki kateqoriyada keçiriləcək:
“Biznes ideyası”
Öz biznesini qurmağa planlayanlar üçün – ixtira etdiyiniz biznes ideyanı münsiflərə təqdim edib onları layihənizə yatırım etməyə inandırmalısınız. Qalib biznesini qurmaq üçün 10 000 manat pul mükafatı alacaq.
“Əməli biznes”
Öz biznesini artıq qurub onu genişləndirmək istəyənlər üçün – biznesin inkişaf planını hazırlayıb təqdim etməlisiniz. Qalibin mükafatı 15 000 manatdır.
“Dünya miqyasında “Visa” kiçik biznesə, eləcə də qadın biznes sahiblərinə yönəlmiş bir sıra proqramları dəstəkləyir. “She’s Next Empowered by Visa” təşəbbüsünün birinci dalğası Azərbaycanda böyük soraq doğurdu: 1 000-dən çox qadın təşkil etdiyimiz təhsil seminarlarında iştirak etdi. Təşəbbüsün ikinci dalğası daxilində biz qadınlara öz biznesini uğurlu təqdim etmək bacarığını gücləndirməyə yardım edəcəyik, çünki bu bacarıq biznesə investisiya cəlb etməyin yolunu aça bilər. Ümidvarıq ki, proqramımız Azərbaycan qadınlarına təhsil və biznes inkişafı üçün əlavə imkanlar qazandıracaq, pul mükafatları isə qaliblərə bizneslərini artırmaq üçün növbəti mühüm addımları atmağa kömək edəcək”, – deyə “Visa”nın Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezidenti və regional meneceri Kristina Doroş qeyd edib.
Müsabiqə dörd mərhələdən ibarət olacaq: ərizələrin toplanması, onlayn-təlim, iştirakçılar tərəfindən video təqdimat, final.
Müsabiqədə iştirak üçün ərizə verin
“She’s Next Empowered by Visa” təşəbbüsü mikro və kiçik bizneslə məşğul olan qadınlara kömək etmək məqsədi daşıyır. Layihə işgüzar qadınlara biznesin idarə edilməsinə dair praktiki məsləhətlər və əlavə maliyyə verməklə qadın sahibkarlığının inkişafına xidmət edir.
“She’s Next Empowered by Visa” təşəbbüsünün ikinci dalğası barədə məlumatla, eləcə də müsabiqənin keçirilməsi qaydaları və seçim meyarları ilə wowoman.org saytında tanış ola bilərsiniz. Təşəbbüsün yeniliklərini sosial şəbəkələrdə #ShesNext, #ShesNextbyVisa və #ShesNextAzerbaijan həştəqləri ilə izləyin, habelə “Visa”nın ölkədəki Visa Azerbaijan rəsmi səhifəsində, WoWoman rəsmi səhifəsində və wowoman.org saytında oxuyun.