Ramazan Bayramına özəl olaraq “West Hospital”ın həkim kollektivi Lənkəran şəhər “Avicenna Medical Center”də vətəndaşları ödənişsiz qəbul ediblər.
Qəbul çərçivəsində aşağıdakı sahələr üzrə müayinələr həyata keçirilib:
Ümumi cərrah-Fleboloq, Bariatrik cərrah, Qastroenteroloq-Hepatoloq, Kardioloq, Uroloq, Nefroloq, Ginekoloq, Oftalmoloq, Otorinolarinqoloq, Travmatoloq, Dermatoloq-Kosmetoloq, Nevroloq, Pulmanoloq, Stomatoloq, Terapevt, Radioloq, Kosmetoloq, USM.
Mütəmadi olaraq sosial tədbirlər keçirən “West Hospital” xalqımızı müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, cansağlığı və bərəkətli günlər arzu edir.
“West Hospital” olaraq yaratdıqları şəraitə görə “Avicenna Medical Center”ə təşəkkürümüzü bildiririk.