Sağlam həyat tərzini və idman performansını izləmək üçün dünyaca məşhur "Whoop" platformasının artıq Azərbaycan icması - "Whoop Azerbaijan" fəaliyyətə başlayıb.
İcma, həvəskar idmansevərlər tərəfindən qurulub və məqsədi ölkədəki bütün "Whoop" istifadəçilərini, idmançılar, biohackerlər, fitnes və sağlamlıq həvəskarlarını bir platformada birləşdirmək, məlumat və motivasiya mübadiləsini təmin etməkdir.
"Biz WHOOP vasitəsilə bədənimizi daha dərindən tanıyırıq - artıq bunu birlikdə, bir Azərbaycan icması kimi edə bilərik," - deyə qrupun yaradıcıları bildiriblər.
İcma bərpa (recovery), güc yüklənməsi (strain), yuxu keyfiyyəti və performans analitikası üzərindən üzvlərin məlumatlarını bölüşərək bir-birini motivasiya etdiyi və sağlam yarış ruhu formalaşdırdığı bir mühit yaradır.
"Whoop Azerbaijan" qrupuna qoşulmaq
"Whoop" tətbiqində "Join a Community" bölməsinə daxil olaraq aşağıdakı kodu daxil etmək kifayətdir:
"Group Code": COMM-54E407