2023-cü ilin II rübünün yekunlarına əsasən, “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 13,4% artaraq 2 871,3 milyon manat, kredit portfelinin həcmi 22,9% artaraq 1 810,7 milyon manat təşkil edib. Qeyd olunan tarixə Bankın banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərinin həcmi 2 054,1 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin II rüb göstəriciləri ilə müqayisədə 20,4% çoxdur.
2023-cü ilin II rübünün sonuna Bankın xalis mənfəəti 37,9 milyon manat təşkil edin. Bankın qeyri-faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 40,9%, faiz gəlirləri isə 43,3% artıb. Hesabat dövrünə Bankın cəmi kapitalı 485,7 milyon manat təşkil edib.
Beləliklə, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla, depozitlərin həcminə görə “Xalq Bank” Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub-saxlayıb.
“Xalq Bank”ın xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Bankın filiallarından, rəsmi “Facebook” və “Instagram” səhifələrindən, www.xalqbank.az saytından və “138” Məlumat Mərkəzindən əldə etmək mümkündür.