"Xalq Bank" müştərilərin gündəlik xərclərini daha rahat idarə etməsinə imkan verən yeni "XalqKart Taksit" kartını təqdim edib.
Yeni kart müştərilərə partnyor mağazalarda etdikləri alış-verişləri faizsiz 24 ayadək hissə-hissə ödəmək, həmçinin birdəfəlik alış-verişlər üzrə 72 günədək güzəşt müddətindən yararlanmaq imkanı verir. Bundan əlavə, kart sahibləri kredit limitinin 100%-dək hissəsini nağdlaşdıra bilərlər.
"XalqKart Taksit" iki növdə təqdim olunur: "XalqKart Cashback Taksit" və "XalqKart Petrol Taksit". "XalqKart Cashback Taksit" sahibləri birdəfəlik alış-verişlər üzrə 2% keşbek, "XalqKart Petrol Taksit" sahibləri isə 3% Oil bonusu qazanırlar.
"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, "138" çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.