Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Xalq Bank" I rübün yekunlarını açıqladı
2025-ci ilin I rübünün yekunlarına əsasən, ölkənin ən böyük özəl banklarından biri olan "Xalq Bank"ın aktivləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə artaraq 3 044 mlrd. manat təşkil edib.
Qeyd olunan tarixə Bankın kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) 1.8% artaraq 1 887 mlrd. manat, banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərin həcmi 1 819 mlrd. manat təşkil edib.
2025-ci ilin I rübünün sonuna bankın cəmi kapitalı ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 12.5%, yəni 57.7 mln. manat artaraq 519.1 mln. manat, xalis mənfəəti 11.86 mln manat təşkil edib.
Beləliklə, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla, depozitlərin həcminə görə "Xalq Bank" Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlayıb.