Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Xalq Bank" investisiya xidmətləri həyata keçirilməsinə lisenziya alan ilk bank oldu
Azərbaycan Respublikasının Mərkəzi Bankının 7 may 2025-ci il tarixli İXB-01 saylı Lisenziyasına əsasən, "Xalq Bank" ASC ölkədə investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə icazə verilən ilk bank statusunu qazanıb.
Bu mühüm addım ölkənin bank sektorunda yeni bir mərhələnin başlanğıcını qoyur. Bu lisenziya "Xalq Bank"a genişspektrli maliyyə xidmətləri təqdim etmək imkanı verərək bankın bazardakı mövqeyini daha da gücləndirəcək və fəaliyyətini yeni mərhələyə daşıyacaq. Bununla da müştərilərinə kapital bazarlarında geniş imkanlar açan "Xalq Bank" onlara qiymətli kağızlarla əməliyyatların aparılması və digər kapital bazarı xidmətlərini bank vasitəsilə həyata keçirmək imkanı qazandıracaq. Səhm və istiqrazlarla əməliyyatların bankın "XalqOnline" mobil tətbiqi vasitəsilə rahatlıqla icrası mümkündür.
"Xalq Bank"ın İdarə Heyətinin sədri, baş icraçı direktor Kamran Məcidov bildirib: "Xalq Bank" üçün bu lisenziyanın əldə edilməsi onun strateji inkişafında mühüm bir mərhələni təmsil edir. Biz müştərilərimizə çeşidli və innovativ bank xidmətləri ilə yanaşı, həm də peşəkar investisiya həlləri təklif edəcəyik. Məqsədimiz kapital bazarının inkişafına dəstək olmaqla yanaşı, fiziki və hüquqi şəxslərin investisiya imkanlarını genişləndirməkdir. Bu fəaliyyətimiz müştərilərimizə kompleks və etibarlı maliyyə həlləri təklif etməyə imkan verməklə yanaşı, eyni zamanda, ölkənin investisiya bazarlarının inkişafına töhfə verəcək".
Ötən il 20 illiyini qeyd edən və hazırda regionun ən dinamik inkişaf edən və etibarlı maliyyə institutlarından biri olan "Xalq Bank" müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə fərdi və korporativ müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir. "Xalq Bank" aktivlərinin, kredit və depozit portfelləri həcminə görə Azərbaycanın ən böyük özəl banklarının üçlüyündədir.
"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.