Dörd yaşlı İbrahim xərçənglə mübarizəni artıq itirmək üzrədir.
Bu barədə Oxu.Az-a onun anası Əfsanə Abbasova məlumat verib.
O bildirib ki, övladının qarın boşluğunda yerləşən bədxassəli şiş bütün bədəninə metastaz verib:
"İbrahimin son iki gündür vəziyyəti ağırdır. Analiz verdik. Xərçəng başından diz qapaqlarına qədər bütün bədəninə yayılıb. Həkimlər artıq ümid vermir. Ancaq deyirlər ki, ağrısını hiss etməməsi üçün ağır ağrıkəsicilər vurmaq lazımdır. Bir valideyn üçün övladından əlini üzmək, onun haqqında həkimlərdən belə sözlər eşitmək çox çətindir. Gözümün yaşı qurumur. Xalqımdan xahiş edirəm, bizə bu ağır günlərdə dəstək olsunlar. Artıq dərmanları belə almağa gücümüz qalmayıb. Yemək yemir, dərmansız dözə bilmir. Həkimlər qalan ömrünü ağrıkəsicilərlə keçirəcəyimizi deyirlər. Çox ağırdır, bu dərdə necə dözəcəyəm, bilmirəm".
Ailə ilə əlaqə: (055) 736-92-70.
Beynəlxalq Bank: 5522 0993 6709 0388.
