Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ukrayna prezidenti: "Əgər Putin birbaşa danışıqlara hazırdırsa, görüşək"
"Əgər Putin birbaşa danışıqlara hazırdırsa, görüşək. Biz buradayıq (Ankara - red.) , amma o, nə buradadır, nə də İstanbulda. Biz dünyanı dolaşaraq onu axtara bilmərik".
Oxu.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada keçirdiyi mətbuat konfransında deyib.
"Mənim İstanbulda görəcək bir işim yoxdur. Rusiya bəyan etdi ki, Putin birbaşa danışıqlara hazırdır, sonra onlarda hər şey dəyişdi. Biz birbaşa danışıqlara hazırıq" , - deyə o vurğulayıb.
Zelenski bildirib ki, Rusiya müharibəni dayandırmağa real hazırlığını nümayiş etdirməsə, Ukrayna ABŞ, Aİ və Qlobal Cənub ölkələrindən Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyi xahiş edəcək.

"Volodimir Zelenski" teqi üzrə xəbərlər
- Zelenski Trampa Rusiya ilə bağlı məsləhət verdi: "Başqa cür alınmayacaq"
- Zelenski: "Rusiya Odessanı tutaraq, Moldova və Rumıniyanın sərhədlərinə çıxmaq istəyir"
- Ukrayna XİN: "Zelenski NATO, Aİ və G7 sammitlərinə dəvət alıb"
- Zelenski: "Ərazilər haqqında danışıqları mən aparmalıyam"
- Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsi olub