Telefonuna e-mail gəlir və xəyalın gerçəkləşir - “Siz təqaüd üçün seçilmisiniz”.
Söhbət Bakı Dizayn Akademiyasında təhsil almaq üçün təqaüd qazanan 30 azərbaycanlı gəncdən gedir. Onların hekayəsi elan edilən təqaüd proqramını görüb müraciət etməklə başlayır.
Gənclər 800-dən çox iştirakçı arasında imtahan mərhələsini uğurla başa vururlar. Növbəti addım isə müsahibədən keçmək və qalib olmaq olur.
Bəs sonra?
Sonra gənclər müsahibədə iştirak edənlər arasında ən yüksək nəticələri göstərərək ilk 30-luğa düşür və arzuladıqları ixtisas üzrə təqaüd qazanırlar.
:640.png)
Təqaüdçülər üçün ayrılmış 120 000 manat dəyərində təhsil ödənişi isə “Technest” Təqaüd Proqramı çərçivəsində Rəqəmsal İnkişaf və İnnovasiyalar Agentliyi tərəfindən qarşılanacaq.
Təqaüd proqramı yerli bazarda dizayn üzrə savadlı kadrların yetişdirilməsini hədəfləyir.
Qaliblərin əldə etdiyi əsas üstünlüklərindən biri də odur ki, onlar “Adobe” və “Autodesk”in ölkədəki tək tərəfdaşı olan Bakı Dizayn Akademiyasında 3D Dizayn, UX&UI Dizayn və Advanced UX&UI ixtisaslarında təhsil alacaqlar.