Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Yango" istifadəçiləri səfərlərin 95%-ni "5 ulduz"la qiymətləndirib
"Yango" onlayn taksi sifarişi servisinin məlumatına görə, Azərbaycanda istifadəçilər səfərlərin 95%-ni ən yüksək reytinq olan "5 ulduz"la qiymətləndiriblər. İstifadəçilər daha çox servisin göstərdiyi xidmətin təhlükəsizliyindən və keyfiyyətindən razı qalıblar. Servisin 2024-cü ilin aprelində tərəfdaşlarla birlikdə başlatdığı avtomobil parkının yenilənməsi proqramı buna öz töhfəsini verib.
Servisin dəstəyi sayəsində tərəfdaşlar satınalma və ya icarə üçün güzəştli şərtlərlə ilkin ödəniş edərək 1500-dən çox yeni avtomobil əldə edib. "Yango" həmçinin tərəfdaşların və onların sürücülərinin yaşı 8-dən az olan avtomobillərin platformada qeydiyyatı qaydalarına riayət etməsini diqqətlə izləyir. Qanun pozucuları avtomobilin və onun sənədlərinin fotonəzarət proseduru zamanı, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) buraxılış kartı məlumat bazası və sərnişinlərin rəyləri əsasında müəyyən edilir.
Bundan əlavə, servis səfərlərin təhlükəsizliyini artıran 25-dən çox funksiya təklif edir. Buna misal olaraq, yol qəzaları riskini azaltmağa imkan verən sürücünün gün ərzində iş vaxtının monitorinqi, tətbiq və telefon vasitəsilə 24 saat dəstək xidməti, eləcə də sürət və sürücülük vərdişlərinə nəzarət kimi funksiyaları göstərmək olar.
Sürücü davamlı olaraq sürət həddini aşdıqda, kəskin manevrlər etdikdə, hərəkət zolaqlarını tez-tez dəyişdikdə və ya çox kəskin sürət yığdıqda, sistem ona avtomobili daha rəvan idarə etmək zərurəti barədə xəbərdarlıqlar göndərir. Sürücü sürücülük tərzini dəyişməzsə, sistem onun sifarişlərə girişini məhdudlaşdıra bilər. Həmçinin, sərnişinlərdən çoxlu sayda şikayət daxil olduqda və servisin qaydalarına əməl edilmədiyi halda sürücü bloklana bilər.
"Biz sərnişinlərimizə hər səfərdə maksimum komfort və güvən bəxş etmək üçün yeni funksiyaların tətbiqi üzərində davamlı olaraq çalışırıq", - servisin mətbuat xidmətindən bildirilib.
"Yango Group" haqqında
Beynəlxalq texnologiyalar şirkəti olan "Yango Group" istifadəçilərə texnologiyalardan istifadə etməklə gündəlik problemləri həll etməyə kömək edir. Şirkət Birləşmiş Ərəb Əmirliyi (BƏƏ), Pakistan, Kolumbiya və s. kimi 20-dən çox ölkədə xidmət göstərir. Azərbaycanda gediş sifarişi və çatdırılma xidməti 2022-ci ildən mövcuddur.
"Yango" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 09.10.2024-ün ən mühüm hadisələri
- Çatdırılma üçün göndərilən heyvanları küçəyə atan sürücü CƏZALANDIRILDI
- "Yango"nun sürücüsü başqa ünvana çatdırılması üçün göndərilən heyvanı KÜÇƏYƏ ATDI
- "Yango Azerbaijan" Bakıda hazır yeməklərin çatdırılması xidmətinə start verib
- "Yango Azerbaijan" Bakıda sürətli çatdırılma üzrə "Market" xidmətini istifadəyə verib
Rəylər