Müasir stomatoloji xidmətlərdən faydalanmaq istəyən paytaxt sakinləri üçün yeni imkan yaradılıb. "Dentera Dental Clinic" genişlənmə proqramı çərçivəsində Yasamal VIP filialını pasiyentlərin istifadəsinə verib. Yeni filialla birlikdə şəbəkənin Bakı və ətraf ərazilərdəki xidmət nöqtələrinin sayı 7-yə çatıb.
Yeni mərkəzdə böyüklər və uşaqlar üçün bütün növ stomatoloji xidmətlər təşkil olunub. İmplantasiya, dişlərin düzləndirilməsi (ortodontiya), estetik stomatologiya və mürəkkəb cərrahi əməliyyatlar vahid keyfiyyət standartı ilə icra edilir. Müalicə prosesində dəqiqliyi təmin etmək üçün klinikanın öz rəqəmsal laboratoriyası fəaliyyət göstərir.
"Dentera"nın təqdim etdiyi ən böyük rahatlıqlardan biri sosialyönümlü ödəniş sistemidir. Pasiyentlər tələb olunan müalicə xərclərini 18 ayadək müddətə, heç bir ilkin ödəniş və faiz olmadan hissə-hissə ödəyə bilərlər.
Ətraflı məlumat üçün: dentera.az

