Son günlərdə havaların kəskin isti keçməsi ilə əlaqədar Bakı şəhərində taksi xidmətinə olan təlabat daha da artıb.
Yaranan tələbat və nəqliyyatın sıxlığı nəticəsində taksi xidməti göstərən şirkətlər məsafədən asılı olaraq müvafiq istiqamətlərdə təbii olaraq qiymətlərini artırıblar. Lakin qiymətlərin bu cür təbii artımı sosial şəbəkə istifadəçiləri tərəfindən bir mənalı qarşılanmayıb.
Bunu nəzərə alaraq qısa araşdırma etdik və nəticədə şəhərimizdə fəaliyyət göstərən bəzi taksi xidmətlərinin əvvəlki qiymətlərə nisbətən nə qədər artdığının araşdırmasını etdik.
4 iyul 2018-ci il saat 17:54 üçün üç istiqamətdə gediş qiymətlərini nəzərinizə çatdırmaq istərdik:
Qiymətlərdən aydın şəkildə görmək mümkündür ki, artım var. Bu göstəricilər *9111-13%, 189 Taxi-6%, Uber- 43%, Taxify-53% təşkil edir.








