Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Fransa yarımfinalda
Futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə start verilib.
Oxu.Az xəbər verir ki, bu mərhələnin ilk görüşündə ikiqat dünya çempionları Uruqvayla birqat dünya çempionları Fransa üz-üzə gəlib.
Görüş Fransanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Rafael Varan və Antuan Qrizman "Qalatasaray"ın qolkiperi Fernando Musleranın qapısından keçirib.
Qeyd edək ki, Fransanın 1/2 finaldakı rəqibi bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq Braziliya – Belçika görüşündən sonra bilinəcək.
Səbuhi MUSAYEV
www.oxu.az
"Antuan Qrizman" teqi üzrə xəbərlər
- "Qızıl top"a namizədlərin reytinq sıralanması bəlli oldu
- Bugünkü Madrid derbisi Qrizman üçün sonuncu ola bilər
- "Real Madrid" və "Atletiko Madrid"in ulduzları içki brendinin sahibi oldular
- Cud Bellinqem İspaniya La Liqasında dekabr ayının ən yaxşısı seçilib
- UEFA Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu bəlli olub
Ən çox oxunanlar