Oktyabrın 17-də ölkənin mobil bankçılığına həsr olunmuş “Mobile Banking Day Baku” konfransı keçirildi. Konfransda 10 yerli mobil bankçılıq tətbiqlərində istifadəçi təcrübəsinin öyrənilməsi araşdırmasının nəticələri təqdim olundu. “Markswebb” agentliyinin həyata keçirdiyi tədqiqatda “Yelo” yüksək xal əldə edərək ən rahat mobil tətbiq seçildi. 1000 kriteriya üzrə müqayisələrin nəticələrinə görə “Yelo”, ən rahat mobil tətbiq kimi dəyərləndirildi.
“Yelo” hazırda müştərilərinin ən çox istifadə etdiyi bank mobil tətbiqləri içərisində ilk yerlərdədir. Bu unikal tətbiqdə həm fərdi, həm də biznes hesabını idarə etmək mümkündür. “Yelo” tətbiqinə digər bankların kartlarını da əlavə etmək mümkündür. Qeyri-müştərilər tətbiqi yükləyərək kredit və kart sifariş edə bilərlər. İl sonunadək “Yelo” tətbiqinin hazırkı funksiyalarının daha da təkmilləşdirilməsi və yeni innovativ funksiyaların əlavə edilməsi planlaşdırılır.
“Yelo” mobil tətbiqinin smartfonunuza yükləyib, parlaq bankçılıqdan siz də zövq ala bilərsiniz: https://bit.ly/ylmbltb
Bank xidmətləri, həmçinin, mikro kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
“Yelo Bank” – Parlaq bankçılıq!