Yenilənmiş “SKODA Karoq” artıq Azərbaycan bazarına da daxil oldu. Populyar krossover həm daxildən, həm də xaricdən yenilənib. Texniki göstəriciləri isə olduğu kimi qalır. Azərbaycan bazarında mövcud model 2 təchizatda təklif olunur: 1,4 TSİ, (110 KW) 150 at g.,8 pilləli avtomat sürət qutusuna malik Ambition və Style.
Yenilənmiş “Karoq” bamperləri təzələnib, fərqli formalı 6 bucaqlı radiator barmaqlığı öncəki versiyadan daha geniş olub və beşinci qapıdakı spoyler uzadılıb. Təkərlər diapazonunda (16-dan 19 düyümədək) aerodinamik cəhətdən optimallaşdırılmış dizaynla 17 düyümlük versiyalarda mövcuddur. Ən minimal təchizatdan başlayaraq avtomobil böyüdülmüş radiator barmaqlığı və daha ensiz, tam LED matriksli fənərlərə malikdir. Arxasında yeni fənərlər yerləşdirilib. Avtomobilin salonunda təkmilləşdirilmiş LED mühit işıqlandırması, həmçinin ön paneldə və qapılarda yeni dekorativ əlavələr var.
Standart versiya ənənəvi analoq alətlərini əvəz edən 8 düyümlük displeyli rəqəmsal cihazlar paneli ilə təchiz edilib. Ambition versiyasından başlayaraq, rəqəmsal alətlər paneli 10,25 düyümlük ekran və beş əsas displey variantı, həmçinin fərdiləşdirmə imkanı ilə təklif olunur.
Avtomobil 9-a qədər təhlükəsizlik yastığı və toqquşma zamanı sonrakı nəzarətsiz hərəkətin qarşısını alan “Çoxsaylı Toqquşmaya qarşı Əyləc” (Multi-Collision Brake) sisteminə malikdir. Adaptiv kruiz kontrol, zolaq saxlama köməkçisi, park yardımı da var.
SKODA Avtomobillərinin Azərbaycanda rəsmi distribütoru olan “Skaz Autohouse MMC”-nin Azərbaycandakı satış mərkəzinə yaxınlaşaraq, yenilənmiş “SKODA Karoq” modeli ilə yaxından tanış ola və əldə edə bilərsiniz. Onu da qeyd edək ki, şirkət tərəfindən avtomobillərə 3 il və ya 100.000 kilometr zəmanət də verilir.
Satış mərkəzi Babək prospekti 74 ünvanında yerləşir.
Ətraflı məlumat almaq üçün *5544 qısa nömrəsinə zəng etməyiniz kifayətdir.