X nəslinin nümayəndələri və milleniallar arasında ömürün qısalması və erkən ölüm riskinin artacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, belə bir nəticəyə Dük Universitetinin (ABŞ) alimləri gəlib.
Elmi araşdırmanın nəticələri haqqında press-reliz “Science Daily” nəşrində dərc olunub.
Tədqiqatçıların sözlərinə görə, risk qrupuna 38-45 yaşlarında olan (X nəslindən sonra gələnlər) və 27-37 yaşlarında olan (Y nəslindən əvvəl doğulanlar və ya milleniallar) insanlar daxildir. Mütəxəssislər ehtimal olunan ölüm səbəblərini müəyyən etməkdən ötrü 1990-2016-cı illər ərzində Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatlarını təhlil edib.
Mütəxəssislərin fikrincə, X nəslinin nümayəndələri və milleniallar 2008-ci ildə qlobal maliyyə böhranı ilə üzləşib. Onlar iş tapmaqda çətinlik çəkdiyindən bu onların səhhətini əhəmiyyətli dərəcədə pisləşdirib.
Əsas ölüm səbəbləri kimi intihar, narkotik vasitələrdən zəhərlənmə, həddən artıq spirtli içki qəbul etmə, diabet, xərçəng və yol-nəqliyyat hadisələri göstərilib. Ancaq faktorlar irqdən, cinsdən və etnik mənsubiyyətdən asılı olaraq dəyişir.
Bundan başqa, mütəxəssislər qeyd edir ki, “bebi-bumerlər”, yəni XX əsrin ortalarında doğulmuş nəslin nümayəndələri arasında narkotik vasitələr, yol-nəqliyyat hadisələri, intihar, VİÇ və ağciyərlərin xroniki obstruktiv xəstəliklərdən ölüm halları geniş yer alır.