Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İslandiyada lava çayları: Qrindavik yaxınlığında vulkan püskürməsinin heyrətamiz görüntüləri
İslandiyanın cənub-qərbində, Qrindavik yaxınlığında yerləşən məşhur "Mavi Laqun" geotermal kurortunun yaxınlığında vulkan püskürməsi davam edir.
Oxu.Az-ın İslandiya Meteorologiya Xidmətinə istinadla məlumatına görə, Reykjanes yarımadasında Sundnuksqiqar vulkan çatında yeni püskürmə başlayıb.
Sosial şəbəkələrdə bununla bağlı heyrətamiz görüntülər paylaşılıb.
Lava axınları yerli yollardan birinə çatıb.
Bu ərazidə müxtəlif intensivlikdə püskürmələr 2021-ci ildən davam edir. 2023-cü ilin noyabrında Qrindavikin dörd min sakininin əksəriyyəti təxliyə edilib.
İslandiya üçün vulkan püskürmələri adi haldır.
2010-cu ildə Eyyafyadlayökudl vulkanının püskürməsi zamanı atmosferə böyük kül buludları atılmış və bunun nəticəsində Avropada hava nəqliyyatının hərəkəti uzun müddət dayandırılmışdı.
Lakin Reykyanes püskürmələri zamanı alimlər bu qədər güclü kül atılmasını gözləmirlər.
İslandiyada 33 aktiv vulkan sistemi var, bu ada dövləti planetin ən böyük iki tektonik plitəsi arasındakı sərhəd olan Orta Atlantik silsiləsinin üzərində yerləşir.
Reykjanes yarımadasında son uzunmüddətli vulkanik aktivlik dövrü 800 il əvvəl olub və o zaman püskürmələr onilliklər boyu davam edib.