Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
UNEP rəhbəri: "Bakıda baş tutmuş COP29-da quracağımız gələcəyin təməli qoyulub"
Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) quracağımız gələcəyin təməli qoyulub.
Oxu.Az xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen Bakıda COP29-un yekunları ilə bağlı yayımladığı yazılı bəyanatda bildirib.
O qeyd edib ki, BMT iqlim dəyişikliyi ilə mübarizədə, xüsusilə inkişaf etməkdə olan ölkələrdə daha şəffaf və inklüziv maliyyələşməyə nail olmalıdır.
"İqlim böhranı dövrü gəlib. COP29 zamanı razılaşma əldə olunub. Tədbirlər görülməsə, iqlim dəyişikliyi daha da güclənəcək. COP29-da üzərində quracağımız təməl qoyulub. BMT-nin Ətraf Mühit Proqramı bütün maraqlı tərəflərlə işləməyə davam edəcək ki, maliyyələşmənin ən səmərəli şəkildə, yerlərdə ona ən çox ehtiyacı olan icmalar üçün maksimum bölüşdürülməsini təmin etsin", - İ.Andersen vurğulayıb.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) "Bakı maliyyələşmə məqsədləri" (Baku Finance Goal) adlı yeni iqlim maliyyə meyarının yaradılması ilə bağlı konsensus əldə edilib.
Bu razılaşmanın əsas hissəsi inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan dövlətlər üçün 2035-ci ilə qədər iqlim layihələrinə ildə ən azı 300 milyard dollar ayırmaq öhdəliyidir. Bu, əvvəlki 100 milyard dollarlıq hədəfdən üç dəfə çoxdur.
"COP29" teqi üzrə xəbərlər
- Azərbaycanın beynəlxalq mövqeyi necə gücləndi? - Xarici siyasətdəki uğurların səbəbi
- Prezident Arzu Əliyevanı təltif edib
- Prezident Leyla Əliyevanı təltif edib
- Prezident nəvələrinə COP29-da iştirakına görə təşəkkürnamə verdi
- Rusiyalı politoloq: "Bakı Putin və Trampın görüşünün keçirilməsi məkanı üçün əsas namizəddir"