Vinnitsa sakini Nadejda Şerban sinəsinin 11-ci ölçüsünə görə Ukraynanın rekordlar kitabına düşüb.
Bu günlərdə ona “Ən iri təbii sinə” sertifaktı verilib. Şerbanın özü onun bu formalarına genetikanın səbəb olduğunu deyir.
“Mənim ailəmdə hamının sinəsi böyükdür: nənəm, anam, bacım”, - 26 yaşlı rekordsmenin sözlərini misto.vn.ua nəşri sitat gətirir.
O, qeyd edib ki, sinəsini narahatçılıq üçün səbəb hesab etmir, halbuki ətrafdakılar özlərini daha narahat aparırlar. Qızın sözlərinə görə, işə düzəlməkdə problem yaşayır, qadın direktorlar Şerbanı işə götürməkdən imtina edirlər.
Buna baxmayaraq qadın çox zaman model rolunda çıxış etmək üçün təkliflər alır.