Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
118 yaşlı fransız rahibə dünyanın ən yaşlı insanı oldu
“Ginnesin Rekordlar Kitabı” fransız rahibə 118 yaşı olan Lüsil Randonu dünyanın ən yaşlı insanı kimi təsdiqləyib.
Qadın 1904-cü il fevralın 11-də doğulub. 1944-cü ildə o, katolik rahibəsi olub və Andre bacı adını götürüb.
Dünyanın ən yaşlı sakini hazırda qocalar evində yaşayır və əlil arabasında hərəkət edir. Qadın eşitmə qabiliyyətini qismən itirib, lakin öz sözlərinə görə, beyni hələ də aydın çalışır.
“Onlar məni səhər yeddidə oyandırırlar, səhər yeməyi verirlər. Sonra kiçik işlərlə məşğul olduğum masaya oturdurlar”, - deyə Randon həyatı haqqında danışıb. Qocalar evinin işçiləri bildiriblər ki, hələ də ona hər gün bir qədəh şərab verirlər.
Qeyd edək ki, Randon dünyanın ən yaşlı insanı titulunu yapon Keyn Tanakanın ölümündən sonra alıb. Tanaka aprelin 25-də, ömrünün 119 yaş 107 günündə vəfat edib.
Mənbə: lenta.ru
Rəylər