Bu il Bastiliyanın fəth edilməsi və Yelisey çöllərində parad Birinci dünya müharibəsinin başlanmasının 100 illiyi rəmzi altında keçirilir. Parisdə tədbirlərdə iştirak üçün “Böyük müharibə”də iştirak edən 80 ölkəyə dəvətnamə göndərilib.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, Birinci dünya müharibəsi bir çox animasiyalarda öz əksini tapıb.
Paradda “müharibə illəri”nin müvafiq bölükləri müvafiq geyimdə iştirak edirlər. Tyuilri bağında Saziş meydanının arxasında – Triumfun qarşısında Yelisey çöllərində – 1914-1918-ci illərin ab-havasını yaradan “əsgər düşərgəsi” qurulub.
Xatırladaq ki, Bastiliyanın fəthi – Bastiliya qala-həbsxanasına iyulun 14-ü 1789-cu ildə hücum edilməsi, Böyük fransız inqilabının əsas epizodlarındandır.
Qala 1382-ci ildə tikilib. O, şəhərə girişdə müdafiə rolunu oynamalı idi. Tezliklə o zindan rolunu oynamağa başladı, əsasən də siyasi məhbuslar üçün. 400 il ərzində Bastiliyada bir çox məşhur adamlar olub. Bu, bir neçə fransız nəsli üçün kralların hakimiyyətinin rəmzi idi. 1780-ci ildə həbsxana tamamən istifadədən kənarda qaldı.