“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Hərəkət Xidmətinə Baş xəzinədar, Xəzinədar və Avtomatik buraxılış məntəqələrinin nəzarətçisi peşələri üzrə işə qəbul elan edir.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, iş üçün bunlar tələb olunur:
- Yaş həddi: 25 – 45;
- Təhsili: ortatəhsil, ortaixtisas və ali təhsili olanlara üstünlük verilir (iqtisadi sahələr üzrə)
- Dil bilikləri: Azərbaycan dili – əla, (Rus dili bilənlərə üstünlük verilir)
- İş yeri: Bakı şəhəri.
İş qrafiki: 12 saatlıq iş qrafiki tətbiq olunur. İşçi əmək fəaliyyətinə səhər saat 08:00-da başlayır və uyğun olaraq axşam saat 20:00-da işini bitirir. O biri gün isə axşam saat 20:00-dan başlayır səhər saat 08:00-da işini bitirir. Növbəti iki gün istirahət günüdür.
İşçilərin aylıq əmək haqları: orta əmək haqqı 250 manat (gecə və gündüz növbələrindən asılı olaraq əmək haqqı daha çox ola bilər).
Məlumat anketlərinizi hr@metro.gov.az e-mail ünvanına göndərə bilərsiniz.
Məlumat anketlərinizi göndərərkən: mövzu yerinə peşənin adını yazın, əvvəlki iş yerlərinizdəki iş öhdəliklərinizi ətraflı qeyd edin, Azərbaycan dilində göndərin.