“Neft Daşları” yatağında yeni quyu istismara verilib.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, “Neft Daşları” yatağındakı 2521 nömrəli stasionar dəniz özülündən 2526 nömrəli quyu qazmadan sonra istismara verilib.
Kompleks Qazma İşləri Tresti tərəfindən Qala-2 Lay Dəstəsinə qazılan quyu sutkalıq 10 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu “Neft Daşları” NQÇİ-nin sifarişi ilə qazılıb.
Gülnarə Zeynalova
www.oxu.az