Nyu-Yorkun Kvins rayonunun yuxarı sinif şagirdi – 17 yaşlı Məhəmməd İslam (Mohammed Islam) birjada 72 milyon dollar qazanıb.
Oxu.Az xəbər verir ki, o belə gəliri nahar fasilələrində məsafəli aksiya satışlarında iştirak etməklə qazanıb, “Nyu-York post” qəzeti yazır.
Məhəmməd və onun iki dostu gələn ilin iyununda öz hec-fondlarını açmağı düşünürlər.
Şəxsi şirkətin yaradılmasının vaxtı məktəb məzunlarının yaş həddi ilə əlaqədardır, məktəbi bitirdikdən sonra onlar broker lisenziyası ala biləcəklər.
Üç dost gələn ilin sonuna qədər birja satışlarında milyard qazanmağı qarşılarında məqsəd qoyublar.
Gələcək üç broker “Morimoto” kafesində nahar etməyi sevirlər, onlar burada təzə alma şirəsi və 400 dollarlıq kürü sifariş edirlər.
Məhəmməd hələ ki, öz sərvətinə layiqli tətbiq tapa bilməyib.
Özünə “BMW” avtomobili alıb, amma sürücülük vəsiqəsi olmadığı üçün sükan arxasına otura bilmir. Məktəbli Manhettendə bahalı mənzil kiralayıb, amma valideynləri onun köçməsinə razı deyillər.
İlk birja satışı təcrübəsini İslam hələ 9 yaşında qazanıb. O zaman onun əməliyyatları uğurlu olmayıb, və o etiraf edib ki, bu, onun üçün dərs olub.
İqtisadi vunderkindin idealı Tudor Investment Corporation təsisçisi, fond birjasının iri oyunçusu, milyarder Pol Tyüdor Consdur. Biznesmen ən varlı amerikalıların siyahısında 108-ci yeri tutur.