Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
17 yaşlı qız köpəkbalığının qurbanı oldu
Sörfinqlə məşğul olan 17 yaşlı qız istirahət zamanı köpəkbalığının qurbanı olub.
Oxu.Az "People" portalına istinadən xəbər verir ki, turist qız Avstraliyada köpəkbalığının hücumundan sonra ölüb.
Hadisə fevralın 3-də Bribi adasının çimərliyində baş verib. Gənc qız sörfinqlə adanın sahilində üzərkən köpəkbalığı tərəfindən bədənin yuxarı hissəsindən ağır zədə alıb.
Hadisə şahidləri və həkimlər qızı xilas etməyə çalışarkən o, aldığı yaralardan elə yerindəcə ölüb.
"Köpəkbalığı hücumu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər