Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

200 min karatlıq qaçaqmalçılıq: Erməni deputatın iştirakı ilə oğurluq sxemi ifşa edildi
Moskva hüquq-mühafizə orqanları "Alrosa" şirkətindən almaz oğurlayıb Ermənistana göndərən dörd nəfərlik dəstəni saxlayıb.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və İstintaq Komitəsi xəbər yayıb.
Saxlanılanlar - şirkətin əməkdaşı Valentina Matyuşenkova, oğlu Aleksey Matyuşenkov, eləcə də qaçaqmalçılar Armen Petrosyan və Arman Saakyan barəsində həbs-qətimkan tədbiri seçilib.
Almazlar Ermənistandakı "ADM Diamond" şirkətinə göndərilib. Şirkətin sahibi Ermənistan parlamentinin deputatı X.A.Sukiasyandır. Qaçaqmalçılığın təşkilatçıları isə beynəlxalq axtarışda olan Baqikyan qardaşlarıdır.
Axtarış zamanı təqsirləndirilən şəxslərdən təxminən 200 min karat texniki almaz xammalı, keyfiyyətli daşların ucuzlarla əvəz olunması məqsədilə nəzərdə tutulmuş material, habelə pul və tanınmış dünya brendlərinə məxsus bahalı zərgərlik məmulatları müsadirə olunub.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda deputat həbs edildi
- Ermənistan Müdafiə Nazirliyinin poliqonunda partlayış: Yaralılar var
- Ermənistan prezidenti "Elektrik Şəbəkələri"nin milliləşdirilməsinə icazə verən qanunları imzaladı
- Ermənistanda daha bir deputat barəsində qətimkan tədbiri seçildi
- Seyran Ohanyana qarşı ittiham irəli sürülüb