Avstraliyada 55 yaşlı qadın 3 ayda 75 kişi ilə sevgili olub.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Melburn şəhərində Bambi Smit adlı qadın əsl sevgi axtarışına çıxıb və 3 ay ərzində müxtəlif ölkələrdən tanımadığı 75 kişi ilə sevgi macərası yaşayıb.
Smitin görüşdükləri arasında ispan alfons, vatikanlı din xadimi, rus oliqarx, italyan şahzadə və müxtəlif xarakterli təbəqələrə mənsub digər kişilər olub. Qadın başqa ölkələrdə yaşayan dostlarından ona 25-55 yaş arası kişiləri tapmaqlarını da xahiş edib.
Avstraliyalı qadın görüşdüyü bütün kişilərlə xatirə şəkli çəkdirib. Apardığı tədqiqatların nəticəsində, sonunda onun ürəyinə ən çox yatan kişi italyan memar Stefano olub. Memarın çox ağıllı, səmimi və comərd olduğunu vurğulayan qadına həmin şəxsin evli olması mane olub.
Bambi Smit yaşadığı sevgi əhvalatlarından bəhs edən kitab yazmağı qərara alıb.