Amerikada 3 yaşlı uşaq 26 yaşlı anası Christa Englesi öldürüb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, uşaq divanın altında gördüyü silahla oynamağa başlayan zaman atəş açılıb. Güllə yeni doğulan digər körpənin paltarını dəyişən ananı hədəf alıb.
Mərhumun həyat yoldaşı Brian Engles sürücü işlədiyi üçün hadisə vaxtı evdə olmayıb. Ananın çox qan itirdiyindən öldüyü bildirilib.
Christa Englesin cəsədini onlara gələn anası görüb və tez polisə xəbər verib.
Polis evdə xeyli silah olduğunu açıqlayıb, ananın təsadüf nəticəsində öldüyü təsdiqlənib.
www.oxu.az