Britaniyanın 300-dən çox polisi öz xidməti səlahiyyətlərindən seksual təcavüzə görə, o cümlədən də cinayət qurbanlarına qarşı istifadə etməkdə ittiham edilirlər.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə Polisə nəzarət üzrə kral inspeksiyası (HMİC) məlumat yayıb.
Məlumatda bildirilir ki, seksual əsaslı cinayətlər İngiltərə və Uels polisləri tərəfindən törədilən ən ciddi cinayətlərdəndir.
HMİC-in hesablamalarına görə, son iki il ərzində polislər 436 seksual təcavüz halında şübhəli biliniblər.
Bu ilin mayında DİN rəhbəri vəzifəsini tutan Tereza Mey polislərin daha çox ailə zorakılığına məruz qalan cinayət qurbanlarına qarşı seksual xarakterli cinayətlər törətdikləri haqqında məlumatın yoxlanılmasını tapşırıb.
N.O.
www.oxu.az