“Bu inanılmazdır!”, “Britaniya şokdadır”, “Bu, əsl şokdur”, “Bir kişinin 26 uşağı?”
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, London qəzetlərinin bugünkü əsas başlıqları belədir. Bu xəbər britaniyalıları o dərəcədə şoka salıb ki, hətta Şotlandiyanın müstəqillik referendumununu da unutmaq üzrədirlər.
Maykl Redman adlı britaniyalının 9 qadından 26 uşağının olduğu üzə çıxıb. London qəzetlərinin məhsuldar ata adlandırdığı Maykl, bu titulu 37 yaşı olanda əldə edə bilib. Yəni 37 yaşı olanda artıq onun 26 uşaq atası imiş. Onun 13 qızı və 13 oğlu var.
Qəribədir ki, Böyük Britaniya Maykl Redmanın varlığında yeni xəbər tutub. Bu Redmanın xanımlarından birinin açıqlamasından sonra baş verib.
41 yaşlı Nikola Mayklın 26 yox, 28 övladı olduğunu deyir:
“Mayklla 1990-cı ildə görüşdük. Mənim 16, onun 35 yaşı vardı. Bir-birimizə vurulduq. Həmin vaxt Mayklın subay olduğunu, evlənəcəyimizi düşünürdüm. Amma sonra anladım ki, Mayklın məndən əvvəl də arvadları olub və var. Gec idi, hamiləydim. Qeyri-rəsmi nigahımızdan 4 övladım doğuldu. Amma o, iki övladının atası olmadığını deyərək məndən ayrıldı. Halbuki, uşaqların hamısının atası Maykldır. Artıq susmaq istəmirəm”- deyə Nikola etiraz səsini ucaltmaq qərarına gəlib.
Maykl Redman indi 59 yaşlı avtobus sürücüsüdür. Surrey qraflığındakı Aş şəhərində ikimərtəbəli evdə yaşayan Maykl son xanımı ilə ömür sürür. Bu qadın 39 yaşlıdır və Maykl Redmanın ilk övladından cəmi 1 yaş böyükdür.