Moskva polisi yaşyarımlıq oğlan uşağının öz babasının maşının təkərlərinin altında qalaraq ölməsinin istintaqını aparır.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, insident 19 sentyabrda Moskva bölgəsinin Mixnyovo Stupinski rayonunun qəsəbəsində baş verib. 60 yaşlı yerli sakin “Honda-CRVO” markalı maşını bilmədən nəvəsinin üstünə sürüb.
Uşaq baba maşını qaraja salmaq istəyərkən təkər altında qalıb. Alınan zədələrdən uşaq yerindəcə həyatını itirib.
Faktla bağlı araşdırmalar davam edir.